Əsrin Proqramlaşdırma Mühiti - Necə proqram quraq

Əsrin və ya istənilən digər dildə proqram yazmaq üçün ilk öncə həmin dilin müvafiq proqramlaşdırma mühitini kompüterinizə yükləməyiniz tələb olunur. Əsrin dilinin proqramlaşdırma mühitini aşağıdakı keçiddən yükləyib kompüterinizə quraşdıra bilərsiniz.

Yüklə Əsrin Proqramlaşdırma Mühiti 1.3

Proqramlaşdırma mühitini quraşdırdıqdan sonra ilk proqramı tərtib etmək üçün proqramlaşdırma mühitinin mətn redaktoru pəncərəsinə əsrin dilində istənilən proqram kodunu yaza bilərik.



Misal üçün sadə bir proqram aşağıdakı kimi olar:

xaricet("ilk proqram");





Bu proqramı icra etsəniz ekranda ilk proqram sətri çap olunar.
ilk proqram
Proqramı icra etmək üçün əvvəlcə Proqram menyusundan Kompilyasiya Et əmrini seçirik. Bunun üçün F7 qısa düyməsindən və ya standart düymələrdən də istifadə edə bilərik.



Kompilyasiya uğurlu olsa kod generasiya edəcək, əks halda səhvlər barədə sizə məlumat verəcək.





Proqramı icra etmək üçün Proqram menyusundan İcra Et əmrini seçirik. Bunun üçün F5 qısa düyməsindən və standart düymələrdən də istifadə edə bilərik.



Nəticədə proqram icra olunacaq.