Əsrin Proqramlaşdırma Mühiti - Haqqında
Əsrin Proqramlaşdırma Dili Layihəsi proqramlaşdırmanı örgənməyə yeni başlayanlara
ilkin proqramlaşdırma təcrübəsi toplamaqda kömək məqsədilə yaradılıb. Ondan həm də informatika, kompüter elmləri üzrə ali təhsil alan tələbələr proqramlaşdırma dilləri barədə
nəzəri və praktiki biliklər ala, eləcə də konkret nümunə əsasında kompilyator və icraçının (interpretator)
dizaynı ilə tanış ola bilərlər.
Layihənin Müəllifi: Əhməd Sadıxov.