Əsrin Dilində Şərt Operatoru

Şərt operatoru verilmiş əməliyyatı hər-hansı şərtdən asılı olaraq icra edir. Şərt operatorunun sintaksisi aşağıdakı kimidir:


eger (şərt)  
   emeliyyat
yoxsa
   diger emeliyyat   

Bu zaman mötərizə daxilində verdiyimiz şərti ifadə doğru qiymət alsa, başqa sözlə verdiyimiz şərt ödənsə, onda əməliyyatlar icra olunacaq. Ödənməsə yoxsa açar sözündən sonra yazdığımız əməliyyat icra olunacaq. Lakin əgər şərtin ödənmədiyi halı nəzərə almaq tələb olunmursa onda şərt operatorunun daha sadə formasından istifadə edə bilərik, aşağıdakı kimi:

eger (şərt)  
   emeliyyat
Kod nümunələrinə baxaq.
eger (5 < 10)  
  xaricet("Besh Ondan kicikdir. \y");
yoxsa
  xaricet("Besh Ondan kicik deyil. \y");
Besh Ondan kicikdir.

Aşağıdakı proqram stifadəçinin daxil etdiyi ədədin 10-dan böyük və ya kiçik olduğunu müəyyən edir.

tam  x;

xaricet("Her-hansi eded daxil edin.\y");  
daxilet(x);
    
eger (x > 10) 
  xaricet(x, " 10 - dan boyukdur \y");
yoxsa
  xaricet(x, " 10 - dan kicikdir \y");

Əgər bu kodu icra eləsək aşağıdakı nəticəni verər:

Her-hansi eded daxil edin.
 34
 34  10 - dan boyukdur

Aşağıdakı proqram istifadəçinin daxil etdiyi ədədin 3 -ə qalıqsız bölündüyünü müəyyən edir.
tam x;

xaricet("Dovrden cixmaq ucun 0 daxil edin. \y");
x = 1;

neqederki( x != 0  ){

  xaricet("Her hansi eded daxil  edin. \y");
  daxilet(x);
        
  eger ( x % 2 == 0 ) 
    xaricet(x, " cut ededdir. \y");
  yoxsa
    xaricet(x, " tek ededdir. \y");        
}

Əgər bu kodu icra eləsək aşağıdakı nəticəni verər:

Her-hansi eded daxil edin.
 45
 45 3 -e qaliqsiz bolunur

Mürəkkəb şərtlər

Əsrin dilində veveya açar sözlərinin köməyi ilə sadə şərtlərdən mürəkkəb şərti ifadələr qurulur.
tam   x, y;
        
xaricet("Birinci ededi daxil edin.\y");
daxilet(x);
        
xaricet("Ikinci ededi daxil edin.\y");
daxilet(y);
        
eger (x > 15  ve  y > 15)                          
  xaricet(x, " ve ", y,  " -in her ikisi 15-den boyukdur \y");          
yoxsa        
   eger (x < 15  ve  y < 15) 
     xaricet(x, " ve ", y,  " -in her ikisi 15-den kicikdir \y");    
   yoxsa	
     xaricet(x, " ve ", y,  " -den hec olmasa biri  15-den boyukdur \y");

	 
Proqramın icrasına nümunə:
Birinci ededi daxil edin.
12
Ikinci ededi daxil edin.
3
12 ve 3 -in her ikisi 15-den kicikdir