Obyekt Yönümlü Proqramlaşdırma - Siniflər
Əsrin dili Obyekt Yönümlü Proqramlaşdırmanı dəstəkləyir, lakin hələlik yalnız inkapsulaysiya səviyyəsində. Varislik və
Polimorfizm səviyyələrinin əlavə olunması növbəti buraxılışlarda nəzərdə tutulub.
Əsrin dilində Yeni sinif tipi yaratmağın qaydası aşağıdakı kimidir:
sinif AD { dəyişən həddləri funksiya həddləri };
Əvvəlcə sinif açar sözünü yazırıq, daha sonra sinfin adını qeyd edirik və fiqurlu mötərizələr daxilində sinfin dəyişən və funksiya həddlərini tərtib edirik.
Siniflərdən istifadəyə aid proqram nümunələrinə baxaq:
Aşağıdakı kod tam tipli x və y dəyişən həddlərindən ibarət Salam_Dunya adlı sinif yaradır. Bu sinif tipindən salam adlı obyekt yaradır və onun həddlərinə müraciət edir.
//yeni sinif tipi ytertib edirik sinif Salam_Dunya{ tam x; tam y; }; // yeni tipden obyekt yaradiriq Salam_Dunya salam; //obyektin heddlerine qiymet menimsedirik salam.x = 12; salam.y = 45; xaricet("salam obyektinin x ve y heddleri \y"); xaricet("salam.x = ", salam.x, "\y"); xaricet("salam.y = ", salam.y, "\y");
Əgər bu kodu icra eləsək aşağıdakı nəticəni verər:
salam obyektinin x ve y heddleri salam.x = 12 salam.y = 45
Siniflərə aid obyektin funksiya həddinə müraciət edən digər proqram nümunəsinə baxaq:
sinif Duzbucaqli { tam en; tam uz; funksiya sahe(){ xaricet("duzbucalinin sahesi = ", en*uz, "\y"); } }; Duzbucaqli duzb; xaricet("Duzbucaqlinin tereflerini daxil edin.\y"); daxilet(duzb.en, duzb.uz); //sahe() funksiya heddini cagiririq duzb.sahe();
Əgər bu kodu icra eləsək aşağıdakı nəticəni verər:
Duzbucaqlinin tereflerini daxil edin. 12 45 duzbucalinin sahesi = 540