Əsrin Proqramlaşdırma Dili
Proqramlaşdırmada ən sadə əməllərdən biri proqramdan kansol pəncərəsinə hər-hansı məlumatın
göndərilməsi hesab olunur. Əsrin dilində bunun üçün xaricet operatorundan istifadə olunur.
xaricet operatorunun sintaksisi aşağıdakı kimidir.
xaricet ( məlumat );
Əgər bu kod icra olunsa mötərizə daxilinə yerləşdirdiyimiz məlumat ekranda çap olunar. Misal üçün əsrin dilində ekranda
"Salam dunya"
sətri çap edən proqram kodu aşağıdakı kimi olar:
xaricet("Salam dunya");
Bu proqramı icra eləsək ekranda Salam dunya sətri çap olunacaq:
Salam dunya
Baxdığımız kodda biz məlumat olaraq cütdırnaq arasında yerləşən sətir çap etdik. Lakin xaricet operatoru ilə
sətirlərlə yanaşı ədədlər, simvollar, dəyişənlər v.s. məlumatlar çap etmək mümkündür.
Əgər bir neçə məlumat çap etmək istəyiriksə onda onları həm ayrı-ayrı xaricet operatoru vastəsilə, həm də vergüllə
ayıraraq bir xaricet operatoru vastəsilə çap edə bilərik.
tam x; x = 13; xaricet("x = ", x);Burada biz əvvəlcə tam tipdən x dəyişəni elan edirik və ona 13 qiyməti mənimsədirik. Daha sonra "x = " sətrini və x dəyişənin qiymətini vergüllə ayıraraq bir xaricet operatoru ilə çap etmişik.
x = 13
xaricet("Salam \y dunya");Nəticə belə olar:
Salam dunya
xaricet operatoru ilə həm də ədədi ifadələrin nəticəsini çap etmək mümkündür. Bunun üçün əlavə dəyişən elan edib nəticəni mənimsətməyə ehtiyac yoxdur.
xaricet("5 ile 4 -un cemi = ", 5 + 4);Nəticə belə olar:
5 ile 4 -un cemi = 9xaricet operatoru kəsr ədələri çap edərkən vergüldən sonrakı 6 rəqəmi çap edir. Sonda gələn sıfırlar çap olunmur.
xaricet("1/3 = ", 1/3, "\y"); xaricet(12.3500000, "\y"); xaricet(4.00);Nəticə:
1/3 = 0.333333 12.35 4