Əsrin Dilində Dövr Operatoru

Əsrin Proqramlaşdırma Dilində verilmiş kodu təkrar icra etmək üçün dövr operatorundan istifadə olunur. Əsrin dilində 4 cür dövr operatoru təyin olunub.

Misal üçün aşağıdakı kod icra olunsa ekranda 10 dəfə Salam dunya sətri çap olunar:

say (10)
  xaricet("Salam dunya \y");
Aşağıdakı kimi:
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya
Salam dunya

Burada biz say dövr operatorundan istifadə etdik. Əsrin dilində say dövr operatorunun 3 növündən istifadə edə bilərik. Yuxarıda baxdığımız nümunədə yalnız dövrlərin sayını göstərmişdik. Lakin bizə çoz vaxt hər dəfə dövrün daxilində neçənci dövrdə olduğumuzu bilməyimiz lazım olur. Bunun üçün sayğac dəyişənindən istifadə edə bilərik. Aşağıdakı nümunəyə baxaq:

tam k;

say (k 10)
  xaricet("k = ", k , " ");

  
Bu nümunədə yenə dövrlərin sayını 10 göstəririk, lakin qeyd edirik ki , k sayğac dəyişənidir və hər dəfə dövr daxilində k-nın qiymətini çap etməklə onun necə dəyişdiyini görürük.
k = 1 k = 2 k = 3 k = 4 k = 5 k = 6 k = 7 k = 8 k = 9 k = 10
Baxdığımız halda sayğac dəyişəni 1-dən dövr daxilində göstərdiyimiz qiymətə (10) kimi dəyişir. Lakin biz sayğacın başlanğıc və son qiymətlərini özümüz də verə bilərik. Bunun üçün müvafiq say operatorundan istifadə edərik.
tam k;
   
say(k 5 12)
  xaricet("k = ", k, " ");
nəticə:
k = 5 k = 6 k = 7 k = 8 k = 9 k = 10 k = 11 k = 12
Burada sayğacın başlanğıc qiyməti son qiymətindən böyük olarsa onda sayğac yuxarıdan aşağı azalacaq, nümunədəki kimi:
tam k;
   
say(k 12 5)
  xaricet("k = ", k, " ");
nəticə:
k = 12 k = 11 k = 10 k = 9 k = 8 k = 7 k = 6 k = 5


Aşağıdakı kod istifadəçinin daxil etdiyi iki ədəd arasında (özləri də daxil olmaqla) olan 3 -ə bölünın ədədləri çap edir.

tam x,y,k;

xaricet("Birinci ededi daxil edin \y");
daxilet(x);
    
xaricet("Ikinci ededi daxil edin \y");
daxilet(y);
    
xaricet(x, " ile ", y, " arasinda 3 -e bolunen ededler:\y\y");

say (k x y)
 eger (k%3 == 0)  
   xaricet(k, " ");
Nəticə:
Birinci ededi daxil edin
12
Ikinci ededi daxil edin
45
12 ile 45 arasinda 3 -e bolunen ededler:

12 15 18 21 24 27 30 33 36 39 42 45

neqederki operatoru

Dövrlərin sayının sayğacla təmin olunan dövr operatorları ilə yanaşı proqramlaşdırmada dövrlərinin sayı şərtlə təyin olunan dövr operatorlarından da istifadə olunur. Əsrin dilində şərti dövr operator olaraq neqederki operatorundan istifadə olunur. Aşağıdakı nümunədə istifadəçidən müxtəlif ədədlər daxil etməsi tələb olunur. Proqram istifadəçinin daxil etdiyi ədədlərin cəmini çap edir. Ədədlərin sonunu bildirmək üçün istifadəçi -1 daxil etməlidir.

tam eded, cem;

cem = 0;
eded = 0;

xaricet("Muxtelif ededler daxil edin. \y");
xaricet("Son ucun -1 daxil edin. \y");

neqederki( eded != -1){

   cem = cem + eded;
   daxilet(eded);
}

xaricet("Sizin daxil etdiyiniz ededlerin cemi = ", cem, "\y");

Nəticə:
Muxtelif ededler daxil edin.
Son ucun -1 daxil edin.
1
2
3
4
-1
Sizin daxil etdiyiniz ededlerin cemi = 10